Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kloppun qərarı “Liverpul”un oyunçuların ŞOKA saldı

Kloppun qərarı “Liverpul”un oyunçuların  ŞOKA saldı

Tarix: 28 Yanvar 2024 06:08

"Liverpul"un futbolçuları baş məşqçi Yurgen Kloppun klubdan getmək niyyətində olduğunu açıqlamasından şoka düşüblər. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "The Telegraph"ın jurnalisti Kris Baskomb yazır.

"Klopp niyyətini noyabr ayında "Liverpul" rəhbərliyinə bildirsə də, futbolçulara yalnız dünən səhər məlumat verilib. Təbii ki, onlar da azarkeşlər və bütün futbol dünyası kimi şokdadırlar", - Baskomb bildirib.

Klopp məşqçilik karyerasına "Maynts"da başlayıb, daha sonra 7 il Dortmund "Borussiya"sında çalışıb və 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. "Qırmızılar"la Premyer Liqa, İngiltərə Kuboku, Liqa Kuboku, ölkə Super Kuboku, Çempionlar Liqası, UEFA Super Kuboku və Klublararası Dünya Kubokunun qalibi olub. Alman mütəxəssis daha iki dəfə "Liverpul"u Çempionlar Liqasının finalına çıxarıb, 2016-cı ildə isə Avropa Liqasının finalına yüksəlib.

Milli.Az


Etiketlər:  Kloppun qərarı Liverpulun oyunçuların ŞOKA saldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ