Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KİV: ABŞ İsrailə silah tədarükünü dayandıra bilər

KİV: ABŞ İsrailə silah tədarükünü dayandıra bilər

Tarix: 28 Yanvar 2024 20:10

ABŞ prezidenti Cozef Baydenin administrasiyası İsrailə silah satışını ləngidə və ya tədarükünü dayandıra bilər. Bu yolla Vaşinqton Qəzzada hərbi əməliyyatların miqyasını azaltmaq üçün İsrailə təsir etmək istəyir.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə NBC News amerikalı məmura istinadən məlumat yayıb.

Hələlik heç bir qərar verilməsə də, Amerika hakimiyyəti yəhudi dövlətinə humanitar dəhlizlər açmaq və anklavın mülki əhalisinə daha çox yardım göstərmək üçün təzyiq göstərməyi planlaşdırır.

Mənbələrin bildirdiyinə görə, tədarükü azaldıla bilən silahlar arasında "JDAM" dəqiq idarəedici dəsti olan hava bombaları və 155 mm-lik artilleriya mərmiləri var.

ABŞ həftələrlə İsraili Qəzzada taktikasını dəyişməyə və mülki itkiləri minimuma endirmək üçün səy göstərməyə inandıra bilmədikdən sonra administrasiya bu cür tədbirləri nəzərdən keçirməyə başlayıb.


Etiketlər:  KİV ABŞ İsrailə silah tədarükünü dayandıra bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ