Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Yanvar 2024 23:50
Fransa daxili işlər naziri tətil edən fermerlərin paytaxta girişi və ən böyük ərzaq bazarını bağlamaq təhlükəsi ilə əlaqədar Paris ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb.
Məlumata görə, Fransa Fermerlər İttifaqı paytaxta mal tədarükünün qarşısını almaq üçün Paris və şəhərətrafı ərazilərin tam blokadasını təşkil etmək niyyətində olduğunu açıqlayıb.
Aksiya bazar ertəsi gecə başlayacaq və ən azı beş gün davam edəcək.