Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2024 00:44
Rusiya və Belarus prezidentlərinin iştirakı ilə Antarktidada Rusiyanın "Şərq" (Vostok) stansiyasının yeni qış kompleksinin istifadəyə verilməsi mərasimində Putin bəşəriyyətin yaxın 10 min ildə mövcud olmaq şansının olub-olmaması ilə bağlı sual verib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta" məlumat yayıb.
Putin qeyd edib ki, buzlaqların dərin qazılması üçün hələ 70-ci illərdə yaradılmış unikal texnologiyalar son 420 min il ərzində istiləşmədən buzlaşmaya qədər 4 tam iqlim tsiklinin baş verdiyini təsdiqləyib.
Öz növbəsində Belarus Prezidenti Lukaşenko bəşəriyyətin hansı dövrdə olduğu ilə maraqlanıb:
"Maraqlıdır, biz hansı dövrdəyik və hansı məqamdayıq, bu buzlaşma və ya istiləşmə bizə nə vaxt gələcək. Mən təkcə bizim deyil, planetin də mövcud olmasını çox istəyirəm".
Putin isə: "Bizim yaxın 10 min ildə mövcud olmaq şansımız varmı?", - deyə soruşub.
Hər iki ölkənin liderlərini Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov sakitləşdirib:
"Buzlararası dövrdəyik və bu, 20 min illik istiliyə zəmanət verir. Artıq 10 mini keçdik, hələ də 10 min illik istilik dövrünə zəmanətimiz var".
"Yaxşıdır, hər şey yaxşıdır", - Rusiya lideri qeyd edib.