Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Yanvar 2024 13:02
ABŞ-ın İordaniyadakı hərbi bazasına hücum olub və amerikalı hərbçilər arasında ölənlər və yaralananlar var. Vaşinqton buna seyrçi qalmayacaq. ABŞ Prezidenti Co Bayden İranı cəzalandıracağını açıqlayıb. Ağ Ev İrana qarşı gizli əməliyyat imkanlarını nəzərdən keçirir.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün ABŞ-ın İordaniyadakı bazasına PUA hücumu nəticəsində 3 əsgərin ölməsi, 34 əsgərin yaralanması ilə bağlı qeyd edib.
Ekspert bunun fonunda Kirman teraktını xatırladıb:
"İran Kirman teraktına cavab olaraq İraq və Pakistan ərazilərinə zərbələr endirdi və bu, Tehranın qonşu ölkələrlə münasibətlərində əlavə gərginlik yaratdı. Tehranın indiki vəziyyətdə nəzarətindəki silahlı qrupları ABŞ hərbi bazasına hücuma həvəsləndirmək nəyinə lazım idi? Axı Tehran məntiqlə ABŞ-la əlavə gərginlikdən çəkinməlidir, çünki İrandakı dairələr cavabın necə və hansı formada olacağını müəyyənləşdirə bilməzlər".
E.Şahinoğlunun fikrincə, İranda qərar verən müxtəlif mərkəzlərin məntiqi olsaydı, Yəməndəki husiləri Qırmızı dənizdə ticarət gəmilərinə hücumlara həvəsləndirən dəstək açıqlamaları verməzdilər, qonşu Azərbaycanla münasibətləri normallaşdırmaq üçün zəruri addımlar atardılar:
"Bu baxımdan ABŞ-ın Yaxın Şərqdəki hərbi bazasına hücumun da arxasında eyni "məntiq" dayanır".