Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real” “Fənərbağça”dan növbəti futbolçunu alır

“Real” “Fənərbağça”dan növbəti futbolçunu alır

Tarix: 29 Yanvar 2024 15:12

"Real Madrid" "Fənərbağça"nın daha bir futbolçusunu transfer etmək istəyir.

Sonxeber.net metbuat.az-a istinadən xəbər verir ki, "Real Madrid" skautlarının Ferdi Kadıoğlunu izlədiyini bildirilir. Bildirilir ki, Arda Gülerin transferində vacib rolu olan "Real"ın baş skautu Juni Calafat Ferdinin oyunundan razı qalıb. "Real"ın baş skautu Ferdini həm Türkiyə millisinin heyətində həm də "Fənərbağça"nın Avropa Konfrans Liqası matçında müşahidə edib. O, Ferdi barədə hesabatında "Alına bilər" qeydini edib. Bildirilir ki, Juni Calafat "Real Madrid"ə istedadlı futbolçuların transfer edilməsində son qərarı verən skautdur.

Qeyd edək ki, "Bavariya" və "Borussiya Dortmund"un da Ferdi Kadıoğlunu izlədiyi irəli sürülüb.


Etiketlər:  Real Fənərbağçadan növbəti futbolçunu alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ