Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski Ukrayna ordusunun son sayını elan etdi

Zelenski Ukrayna ordusunun son sayını elan etdi

Tarix: 29 Yanvar 2024 23:10

Hazırda Ukrayna ordusunun sayı 880 min nəfərə yaxındır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski ARD telekanalına müsahibəsində deyib.

"Bizim 880 minlik - təxminən bir milyonluq ordumuz var", - o bildirib.

Eyni zamanda, Zelenski qeyd edib ki, ölkənin işçi qüvvəsi 30 milyon nəfərdir və daha 6,5-7,5 milyon vətəndaş Ukraynanı tərk edib.

Qeyd edək ki, ötən ilin dekabrında Ukrayna lideri ordunun quru qoşunlarında 600 min nəfərin xidmət etdiyini bildirmişdi.

Keçmiş müdafiə naziri Aleksey Reznikov isə bəyan etmişdi ki, təhlükəsizlik və müdafiə sahəsinə bir milyona yaxın adam cəlb olunub, səfərbər olunanların sayı isə 700 min nəfərdir.

Ötən ay Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov açıqlamasında Ukrayna Müdafiə Qüvvələrinin sayının 1,1 milyon nəfər təşkil etdiyini bildirmişdi.

Milli.Az


Etiketlər:  Zelenski Ukrayna ordusunun son sayını elan etdi


RƏYLƏR