Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2024 10:06
Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda aramsız yağıntılar nəticəsində qarın qalınlığı 10 metri ötüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd edilir ki, ölkənin şərq şəhərlərində güclü qarla əlaqədar bir sıra çətinliklər yaranıb.
Güclü qar və çovğundan sonra Yüksekovanın mərkəzindən 50 kilometr aralıda yerləşən Dağlıca kəndinə gedən yolda qar uçqunu baş verib. Bundan sonra yol gediş-gəliş üçün bağlanıb. Vilayətin aidiyyəti orqanlar tərəfindən ərazidə təmizlik işlərinə başlanılıb.
Məlumata görə, qarın yaratdığı çətinliklərə baxmayaraq, yolun açılması üçün müəyyən işlər görülür. Fövqəladə qurumların əməkdaşları qarın bağladığı yolda tunel qazaraq ərazini təmizləyirlər.