Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya XİN Ermənistana NATO ilə bağlı xəbərdarlıq etdi

Rusiya XİN Ermənistana NATO ilə bağlı xəbərdarlıq etdi

Tarix: 31 Yanvar 2024 16:10

Ermənistan NATO ilə yaxınlaşmaq istəyirsə, bunun nəyə gətirib çıxaracağını anlamalıdır.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə İrəvanın NATO ilə yaxınlaşması haqqında danışarkən bildirib.

Onun sözlərinə görə, əgər kimsə (NATO ilə - red.) yaxınlıq istəyirsə, bunun nə qədər təhlükəsiz olduğunu və nəyə gətirib çıxaracağını başa düşməlidir.

Zaxarova qeyd edib ki, ilk növbədə Ermənistanın özünə, onun milli maraqlarına nəyin sərfəli olduğunu anlamaq lazımdır.

"Xəritəni açıb bu ölkənin hansı regionda, hansı qonşular arasında yerləşdiyini görmək, tarix kitablarını oxumaq lazımdır", - Rusiya XİN sözçüsü vurğulayıb.

Milli.Az


Etiketlər:  Rusiya XİN Ermənistana NATO ilə bağlı xəbərdarlıq etdi


RƏYLƏR