Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Ermənistanın iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir” - “Fitch”

“Ermənistanın iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir” - “Fitch”

Tarix: 31 Yanvar 2024 20:58

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" açıqlayıb ki, Ermənistan iqtisadiyyatı ticarət və enerji sahəsində Rusiyadan güclü şəkildə asılıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla yanaşı, agentlik İrəvanla Moskva arasında gərgin münasibətləri qeyd edərək, yaxın gələcəkdə Rusiyadan ciddi diversifikasiya gözləmədiyini bəyan edib.

"Fitch" qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Rusiya-Ermənistan ticarəti kəskin şəkildə artıb.

"Ermənistan Rusiyanın bank sektorundakı müəssisələrinə qarşı Qərb sanksiyalarını tətbiq etməkdə davam edir. Bununla belə, 2021-ci ildən bəri Rusiyaya mal ixracı təxminən 300 faiz artıb və 2023-cü ilin ilk üç rübündə Ermənistanın ixracının 51 faizi, idxalının isə 30 faizi Rusiyanın payına düşüb", - "Fitch"in hesabatında deyilir.

Agentlik Cənubi Qafqazdakı geosiyasi risklər barədə də xəbərdarlıq edib:

"Fikrimizcə, geosiyasi risklər davam edir, çünki iki ölkə arasında bir neçə mübahisəli məsələ qalmaqda davam edir. Buraya Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçəcək quru əlaqəsinin açılması və bəzi ərazilərdə sərhədin demarkasiyası da daxildir".

"Dövlət borcunun xarici valyutada yüksək (azalsa da) payı, nisbətən zəif xarici maliyyələşdirmə və maliyyə sektorunun yüksək dollarlaşması var. Büdcə kəsiri 2024-cü ildə müvəqqəti olaraq 4,5 faizə yüksələcək. "Fitch"in davavam edən dramın zəifləməsi ilə bağlı gözləntiləri 2024-2025-ci illərdə orta hesabla 3,9 faiz olmaqla inflyasiyanın daha yüksək olmasına səbəb olacaq"- agentliyin ekspertləri açıqlayıblar. 

Milli.Az


Etiketlər:  Ermənistanın iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir Fitch


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ