Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 17:24
Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda yaşayış minimumunun məbləği ilə bağlı məsələ müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, qanun layihəsinə əsasən, 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilir.
Müzakirələrdən sonra yaşayış minimumunun məbləği birinci oxunuşda təsdiq olunub.
Qanun 2020-cı il yanvarın 1-dən qüvvəyə minir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin