Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 11:32
İtaliyanın "Roma" klubundan ayrılan Joze Mourinyo karyerasını İspaniya təmsilçisi "Barselona"da davam etdirə bilər.
Sonxeber.net report-a istinadən xəbər verir ki, 61 yaşlı mütəxəssisin agenti Xorxe Mendeş onun xidmətlərini Kataloniya klubuna təklif edib.
Bildirilib ki, portuqaliyalı baş məşqçinin daha əvvəl "Real"da işləməsi bir çox azarkeşlərin narazılığına səbəb ola bilər.
Qeyd edək ki, Mourinyo yanvarın 16-da İtaliya klubu ilə vidalaşıb. Xavi isə mövsümün sonunda "Barselona"nın baş məşqçi postundan ayrılacağını açıqlayıb.