Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaribaşvili getdi: Tiflisdə nə baş verir?

Qaribaşvili getdi: Tiflisdə nə baş verir?

Tarix: 1 Fevral 2024 12:58

Gürcü politoloq Gela Vasadzenin Axar.az-a müsahibəsi:

- Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin istefası gözlənilən idimi?

- Təbii ki, Qaribaşvilinin istefa verəcəyindən heç kimin xəbəri yox idi. Amma bəlkə də bu, sadəcə olaraq İvanişvilinin idarəetmə tərzi olduğuna görə sürpriz deyil. Düşünmürəm ki, kimsə buna xüsusi olaraq təəccüblənsin. Seçkidən əvvəl İvanişvili yenidən hakim komandanı yenilədi. Deməli, bu, heç də sensasiya deyil.

- Kobaxidzenin gəlişi Gürcüstanın daxili və xarici siyasətində hansı dəyişikliklərə səbəb ola bilər?

- Heç bir dəyişiklik olmayacaq. Hər şey çox sadədir - həm ölkə daxilində, həm də xaricdə bütün strateji və siyasi qərarlar bir nəfər tərəfindən verilir - İvanişvili. Bu halda kimin icraçı olacağı o qədər də önəmli deyil. Ona görə də hər hansı dəyişiklikdən danışmağın mənası yoxdur.

- Bu, İvanişvilinin hakimiyyətə gəlməsinə mərhələli keçid ola bilərmi?

- İvanişvili artıq hakimiyyətdədir. Lazım gələrsə, baş nazir ola bilər. Ancaq bu vəziyyətdə ona ehtiyac yoxdur. Olduqca yaxşı mövqedədir, praktiki olaraq ölkəni idarə edir, lakin idarəçiliyinə formal olaraq cavabdeh deyil. Bu, kifayət qədər aydın mənzərədir.

- Bu proses Gürcüstanla Rusiya arasında yaxınlaşmanın başlanğıcı sayıla bilərmi?

- Xeyr, baş verən yaxınlaşma prosesi tarixi maksimuma çatıb. Bundan o tərəfə mümkün deyil, çünki Rusiya bizim iki rayonumuzu işğal edib. Hakimiyyətin Rusiya biznesi və hökuməti ilə birgə pul qazanması hamıya məlum olan faktdır. Prinsipcə, İvanişvili məhz buna nail olmağa çalışır. Siyasi baxımdan Qərblə olacağıq və Rusiya ilə iqtisadi əlaqələri inkişaf etdirəcəyik. Qaribaşvilinin Paşinyanla çox yaxşı münasibətləri olub. Onların öz "resepti" var idi. Ortaq dil tapırdılar. Kobaxidzenin isə onunla belə əlaqəsi yoxdur. Buna baxmayaraq, bu, Bakı və İrəvanla münasibətlərə xüsusi təsir göstərməyəcək. Gürcüstanın prioritetləri, strateji maraqları, öz coğrafiyası var və bundan qaça bilməz.

Milli.Az


Etiketlər:  Qaribaşvili getdi Tiflisdə baş verir


RƏYLƏR