Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizin sabiq futbolçusu komanda yoldaşını vurdu

Millimizin sabiq futbolçusu komanda yoldaşını vurdu

Tarix: 1 Fevral 2024 14:28

Azərbaycan çempionatının Əvəzedicilər liqasında qəribə hadisə yaşanıb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, buna "Turan-Tovuz-2"nin futbolçuları səbəb olub.

Bu hadisə XX turun "Turan Tovuz-2" - "Səbail-2" oyununda yaşanıb. Meydan sahiblərinin futbolçusu Budaq Nəsirov və qapıçısı Elxan Qasımov dalaşıblar. Onlar bir-birilərini vurduqları üçün birbaşa qırmızı vərəqə ilə cəzalanıblar.

AFFA-nın İntizam Komitəsi hadisəni araşdıraraq futbolçuların hər ikisini 4 oyun cəzalanıdırıb. "Turan Tovuz-2" hər futbolçusu üçün 300 manat cərimə ödəyəcək.

Qeyd edək ki, Budaq vaxtilə Azərbaycan millisinin futbolçusu olub, hazırda "Turan-Tovuz"un əsas komandasının üzvü sayılsa da, əvəzedicilərin heyətində meydana çıxır.

Milli.Az


Etiketlər:  Millimizin sabiq futbolçusu komanda yoldaşını vurdu


RƏYLƏR