Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rüfət Mehdiyevin qızı: "Çalışaraq əldə etdiklərimi atamla bir görüşə dəyişərəm" - FOTO

Rüfət Mehdiyevin qızı:

Tarix: 2 Fevral 2024 10:00

"Hər dəfə atamdan danışmaq o qədər çətin gəlir ki, mənə. Ən çox insanı yaşaya bilmıdikləri incidir. Bu gün atamı itirməyimizdən düz 13 il keçir".

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri mərhum müğənni Rüfət Mehdiyevin qızı Jalə paylaşdığı postda yazıb.

Sənətçinin övladı onunla bağlı xatirələrini bu sözlərlə ifadə edib:

"Kiçik yaşlarında düşünürdüm ki, böyüyüb hər şeyi qaydasına salacağam, atamla danışacağam, onunla doya - doya zaman keçirəcəyəm. Həyatın da öz planları olduğunu bilmirdim. 

Yaşım artıqca isə daha çox anlayıram, insanın, əsasən də bir qız övladının atasına necə ehtiyac duyduğunu. Həyatımda "kaş ki", dediyim hər şey atamla bağlıdır. Bu gün mən arzuladığım hər şeyə sahibəm bəlkə də, amma inanın illərdir çalışıb əldə etdiyim hər şeyi atamla bir görüşə dəyişərəm. Daxilimdəki bu boşluğu ancaq belə izah edə bilərəm. Allah bizə sonadək sənə layiq olmağımızı, adını layiqincə yaşada bilməyimizi nəsib etsin, ata. Səni sevirəm".

Qeyd edək ki, R.Mehdiyev 13 il əvvəl 2011-ci ildə gecə saat 03:00 radələrində dünyasını dəyişib. Rüfət Sabir oğlu Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 1992-ci ildən müğənnilik karyerasına başlayıb. 

"Space" Televiziyasında hazırlanmış "Qış Nağılı" (2004) və "Baharın Nağılı" (2008) filmlərində rol alıb. 

Onun ilk evlilikdən 2 qız, ikinci nikahından isə 1 qız, 1 oğlan övladı var.

Milli.Az


Etiketlər:  Rüfət Mehdiyevin qızı Çalışaraq əldə etdiklərimi atamla bir görüşə dəyişərəm FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ