Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2024 23:38
ABŞ-ın Ermənistandakı səfirliyi səfirliyin əməkdaşlarını və onların ailə üzvlərini Ermənistanın müəyyən ərazilərinə getməməyə çağırıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bugünkü açıqlamasında qeyd edilib.
"ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə aşağıdakı yerlərə bütün vacib olmayan səyahətlər qadağandır:
- Göyçə bölgəsi, Basarkeçərin şərqinə
- Zəngəzur bölgəsi, Gorusun şərqinə
- Zəngəzur bölgəsi, Qafanın cənubuna
- Vedi rayonu, Arazdəyən kəndi ilə hərəkət olar, dayanmaq qadağandır.
ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı olmağa davam etməlidirlər. Nəzərə alın ki, yolun bəzi hissələrində əvvəlcədən xəbərdarlıq nişanı olmadan beynəlxalq sərhədlər keçilə bilər. Yollar nəzarət-buraxılış məntəqələri tərəfindən idarə oluna və ya xəbərdarlıq edilmədən səyahət edənlərin üzünə bağlana bilər", - deyə məlumatda bildirilir.