Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İtaliyanın ən çox axtarılan mafiozlarından biri ələ keçirildi - FOTO

İtaliyanın ən çox axtarılan mafiozlarından biri ələ keçirildi - FOTO

Tarix: 3 Fevral 2024 11:08

İtaliyanın ən çox axtarılan 10 mafiozundan biri Korsikanın Bastia şəhərində həbs edilib. Bu vaxta qədər 40 yaşlı Marko Raduano bir il ərzində gizlənməyə müvəffəq olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Vieste cənub şəhərindən (Apuliya bölgəsi) "boss" hesab edilən Marko Raduano Sardiniyada qətl və adam öldürməyə cəhd ittihamı ilə ömürlük həbs cəzası çəkdiyi həbsxanadan qaçıb. O, çarşaflardan düzəltdiyi kəndir sayəsində həbsxananın pəncərəsindən aşağı enib.

Cinayətkar qaçdıqdan sonra "İnterpol"un ən təhlükəli cinayətkarlar siyahısına daxil edilib.

Onun axtarışına və saxlanılmasına "Koza Nostra"nın "bossların bossu" olan Matteo Messina Denaronun həbsində iştirak edən eyni bölmədən karabinerlər cəlb olunublar.

Milli.Az


Etiketlər:  İtaliyanın ən çox axtarılan mafiozlarından biri ələ keçirildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ