Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2024 17:50
Qırmızı dənizdə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi ilə bağlı Avropa İttifaqının missiyasının taktiki komandanlığı İtaliyaya həvalə edilib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliyanın müdafiə naziri Quido Krozetto açıqlayıb.
Onun sözlərinə görə, Aİ İtaliyadan Qırmızı dənizdə "Aspides" əməliyyatına rəhbərliyi üzərinə götürməsini istəyib.
Qeyd edək ki, Aİ yanvarın 22-si Qırmızı dənizdə kommersiya gəmilərini Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) hücumlarından qorumaq üçün missiya həyata keçirmək barədə qərara gəlib.