Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2024 01:50
BMT Təhlükəsizlik Şurası Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin həyat yoldaşının hərəkət azadlığını məhdudlaşdıran qərarı ləğv edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının saytında məlumat dərc edilib.
Qeyd edilib ki, onun aktivlərinə qoyulan məhdudiyyət qüvvədə qalır.
Xatırladaq ki, 2011-ci il fevralın 27-də BMT Təhlükəsizlik Şurası yekdilliklə Qəddafinin ailəsinin 16 üzvünə səyahət qadağası tətbiq etmək qərarına gəlib.
2022-ci ildə Qəddafinin həyat yoldaşı Safie, oğlu Məhəmməd və qızı Aişə altı aya qədər səyahət etmək imkanı əldə eediblər.
Qeyd edək ki, Müəmmər və Safie Qəddafi 1970-ci ildə evləniblər. Cütlüyün 6 oğlu və bir qızı olub.