Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2024 15:20
2023-cü ildə Gürcüstanda 54,2 min cinayət qeydə alınıb ki, bu da bir il əvvəlkindən 0,5% azdır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən ilki cinayətlərin 64,9%-i açılıb. 2022-ci ildə isə bu rəqəm 63,09% olub.
Bildirilib ki, hazırda Gürcüstanda ən çox yayılmış cinayətlər oğurluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, məişət zorakılığı, təhdidlər və nəqliyyatla bağlı cinayətlərdir.