Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saray Middltonun xəstəliyi ilə bağlı bəyanat yaydı

Saray Middltonun xəstəliyi ilə bağlı bəyanat yaydı

Tarix: 5 Fevral 2024 08:50

Son vaxtlar Uels şahzadəsi Keyt Middltonun sağlamlığı ilə bağlı söz-söhbətlər tükənmək bilmir.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  kral ailəsinin nümayəndələri 42 yaşlı Keytin diaqnozunu dilə gətirmədilər, yalnız onun mədəsində əməliyyat olunduğunu qeyd ediblər. Şahzadənin Pasxa bayramından tez olmayan işə başlayacağı da deyilib.

"O, bu elanın yaradacağı marağı yüksək qiymətləndirir. Keyt ümid edir ki, ictimaiyyət onun uşaqlarını lazımsız şayiələrdən qorumaq istəyini və şəxsi tibbi məlumatların məxfi saxlanılması istəyini başa düşəcək. Uels şahzadəsi qarşıdan gələn tədbirləri təxirə salmaq məcburiyyətində qaldığı üçün hər kəsdən üzr istəmək istəyir. O, mümkün qədər tez sağalmasını və işə qayıtmasını səbirsizliklə gözləyir" deyə, Kensinqton Sarayının rəsmi bəyanatında deyilib.

Əlavə edilib ki, indi Middlton evdədir, onun yanında ən yaxşı həkimlər var. Şayiələr isə onun səhhətinə pis təsir edir. Keytin xərçənglə mübarizə apardığını yazanlar onun səhhətinə ciddi ziyan vururlar. Bəyanatda eyni zamanda Middltonun plastik əməliyyat etdirməsi söz-söhbətinə də son qoyulması istənilib. 


Etiketlər:  Saray Middltonun xəstəliyi ilə bağlı bəyanat yaydı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ