Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gorusda avtomatdan atəş açıldı: yaralanan var

Gorusda avtomatdan atəş açıldı: yaralanan var

Tarix: 5 Fevral 2024 14:42

Ermənistanın Gorus şəhərində atışma baş verib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mətbuatı məlumat verib.

Məlumata görə, fevralın 2-də 39 yaşlı Sünik sakini Mger Musaelyan avtomatla 49 yaşlı Nikolay Abramyanın olduğu UAZ avtomobilinə atəş açıb. Nəticədə Abramyanın qardaşı 41 yaşlı Alik ayağından yaralanaraq, xəstəxanaya çatdırılıb. Yaralanan şəxsin Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın mühafizə rəisinin qardaşı olduğu bildirilib.

Hadisə yerindən iki növ giliz, avtomat silahı və 30-a yaxın patron tapılıb.

Mətbuat yazır ki, atışma uzun illər davam edən düşmənçiliyin nəticəsidir.

Hazırda polis Musaelyanı axtarır.

Milli.Az


Etiketlər:  Gorusda avtomatdan atəş açıldı yaralanan var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ