Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

7 fevral seçkiləri günü aranı qarışdırmaq üçün Anar Məmmədliyə tapşırıq gəlib — SENSASİYA

7 fevral seçkiləri günü aranı qarışdırmaq üçün Anar Məmmədliyə tapşırıq gəlib — SENSASİYA

Tarix: 5 Fevral 2024 18:32

Ənənəvi olaraq seçki dövründə Qərbin əsas oyuncaq təşkilatı kimi Azərbaycan əleyhinə istifadə edilən "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" (SMDT) ictimai birliyi bu dəfə də aldığı tapşırığa uyğun olaraq, 7 fevral - Prezident seçkiləri haqqında mənfi rəy yaratmaq üçün dəridən-qabıqdan çıxır. 

Maraqlıdır ki, bu təşkilatın ofisini, xeyli sayda işçilərini hansı maliyyə hesabına saxlaması barədə heç bir məlumat yoxdur, amma QHT cameəsində bilməyən yoxdur ki, yenə xaricdən ən müxtəlif qanunsuz yollarla Anar Məmmədliyə külli miqdarda vəsait ötürülüb. Anar Məmmədli yəqin hesab edir ki, ortalığa çıxmamaqla, pərdə arxasında gizlənməklə, onu görən yoxdur, fəaliyyətini ört-basdır edir, heç kim əməllərindən xəbər tutmur. 

Əldə etdiyim dəqiq məlumata görə, ona 7 fevral - seçki günü aranı qarışdırmaq üçün 500 nəfər müəyyənləşdirmək, həmin adamları "seçki pozuntuları" videoları çəkmək üçün texniki avadanlıqlarla təchiz etmək tapşırılıb. Amma Anar Məmmədli ayrılan vəsaiti mənimsəmək üçün yol tapmağa - radikal müxalifət partiyalarının yerli təşkilatlarının imkanlarından istifadə etməyə çalışır. Amma bir çox yerdən artıq imtina cavabları alıb. Bölgələrdəki gəncləri də ələ almağa çalışır, burada da uğurlu nəticə əldə edə bilmir. 

Halbuki, SMDT-ə əsas tapşırıq budur ki, seçki günü əvvəlcədən öyrədilmiş şəxslər hazırlasın, onlar qutulara topa bülletenlər salsınlar, digər öyrədilmiş şəxslər bunu kənardan telefona çəksinlər, müxtəlif seçki məntəqələrində süni hay-küy qaldırılsın, polislər mümkün qədər təxribata cəlb edilsin, kənardan elə mənzərə yaradılsın ki, guya seçki saxtalaşdırılır, SMDT də "dərhal qeydə alıb" foto və videoları xaricə ötürsün. Buradan isə həmin görüntülər xaricdəki anti-Azərbaycan media resurslarını bəzəsin. Bundan başqa, artıq Anar Məmmədlinin əvvəlki seçkilərdəki seçki saxtakarlıqları görüntüləri əsasında 7 fevral - "seçki saxtakarlığı" videoları hazırlatdığı, köhnə materialları yeni tarixlə sosial mediada tirajlamaq üçün müxtəlif şəxslərlə sövdələşmərə getdiyi barədə də məlumatlar vardır. Bunun üçün montaj avadanlıqları da kirayələnib, bəzi şəxslərə təlimlər keçilib. 

Sual yaranır, qabaqcadan bu təşkilatın nə işlə məşğul olduğu ortada ikən, Azərbaycanda bu təşkilatın fəaliyyətinə niyə imkan verilməlidir? Bu təşkilatın fəaliyyəti və onun maliyyə mənbələri ciddi araşdırılmalı, barəsində tədbir görülməlidir. 

Milli satqınlara və daxili düşmənlərə sıralarımızda yer olmamalıdır.

Milli.Az


Etiketlər:  7 fevral seçkiləri günü aranı qarışdırmaq üçün Anar Məmmədliyə tapşırıq gəlib SENSASİYA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ