Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hans-Diter Flik "Barselona"da?

Hans-Diter Flik

Tarix: 5 Fevral 2024 23:00

Almaniya millisinin sabiq baş məşqçisi Hans-Diter Flik "Barselona"nı çalışdıra bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzetinin jurnalisti Kristian Falk məlumat verib. Bildirilib ki, mütəxəssis artıq ispan dilini öyrənməyə başlayıb. Flikin Kataloniya klubunda işləmək variantını bəyəndiyini vurğulanıb.

Xatırladaq ki, Flik 2023-cü ilin sentyabrından işsizdir.

Qeyd edək ki, "Barselona"nın baş məşqçisi Xavi bu mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Milli.Az


Etiketlər:  Hans Diter Flik Barselonada


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ