Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2024 16:44
Gürcüstanın Xulo və Keda rayonlarında torpaq sürüşməsi və qar uçqunu nəticəsində polis əməkdaşı və yaşlı qadın ölüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, məlumatı "Sputnik Georgia" yayıb.
Bildirilib ki, Keda rayonu polis bölməsinin kiçik müfəttişi Temur Baramidze Soniarisi kəndində öz evində ölüb. O biri hadisə isə Txilvani kəndində baş verib. Uçqunlar altında yaşı ər-arvad qalıb. Qonşuları kişini xilas edə biliblər.
Gürcüstanın Baş naziri postuna namizəd İrakli Kobaxidze faciə ilə bağlı başsağlığı verib.