Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"ın əfsanəvi futbolçusu vəfat etdi

Tarix: 6 Fevral 2024 21:10

"Real"in əfsanəvi qapıçısı, Miqel Anhel Qonzales Suares 76 yaşında vəfat edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Real"ın mətbuat xidməti məlumat yayıb. 14 aydır ki, keçmiş futbolçu amiotrofik yanal sklerozla mübarizə aparırdı.

"Real" rəsmi açıqlamasında mərhumun ailəsinə başsağlığı verib.

Miqel Anhel 18 il (1968-ci ildən 1986-cı ilə qədər) Madrid təmsilçisinin formasını geyinib. O, klubla 16 kubok qazanıb. Bunlardan 8-i La Liqa çempionluğuna aiddir.

Milli.Az


Etiketlər:  Realın əfsanəvi futbolçusu vəfat etdi


RƏYLƏR