Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski Zalujnını niyə dəyişdiyini açıqladı - Detallar

Zelenski Zalujnını niyə dəyişdiyini açıqladı - Detallar

Tarix: 8 Fevral 2024 22:54

Ukrayna ötən il Rusiyaya qarşı apardığı müharibədə "yerdə" uğur qazana bilmədi. Ukrayna ordusunun dəyişikliklərə ehtiyacı var.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının işdən çıxarılmasının səbəblərini izah edərkən deyib.

"Birinci il sağ qaldıq. Bizim olanları geri almağa başladıq. Dünyaya sübut etdik ki, Rusiya məğlub ola bilər.

Müharibənin ikinci ili biz Qara dənizi qazandıq. Qışda qalib gəldik. Sübut etdik ki, biz Ukrayna səmasına nəzarəti bərpa edə bilərik. Amma təəssüf ki, dövlətimizin qurudakı məqsədlərinə nail ola bilmədik", - o vurğulayıb.

Zelenski qeyd edib ki, hazırda cəbhənin cənub istiqamətlərində durğunluq hissi və Donetsk vilayətində döyüşlərdə çətinliklər var. Bu, ukraynalıların ümumi əhval-ruhiyyəsinə təsir edir:

"Ukraynalıların qələbədən danışmağa meyli azalıb. Amma ukraynalı ruhu qələbəyə inamını itirməyib. Ukrayna öz tarixi şansını qoruyub saxlayır. Bunu reallaşdırmaq bizim borcumuzdur. Bu il Ukrayna dövrünə çevrilməlidir - hər bir ukraynalı döyüşçü, əvvəlki kimi, Ukrayna dövlətinin və Ukrayna ordusunun qalib gəlməyə qadir olduğunu biləcək".

Prezidentin sözlərinə görə, o, Zalujnı ilə orduda təcili dəyişikliklərin zəruriliyindən açıq danışıb:

"Söhbət soyadlardan getmir. Üstəlik, siyasətlə də bağlı deyil. Söhbət ordumuzun sistemindən, Ukrayna Silahlı Qüvvələrində idarəetmədən və döyüş komandirlərinin təcrübəsinin bu müharibəyə cəlb edilməsindən gedir. Cəbhəni görən hər bir əsgər, hər bir çavuş, hər bir zabit hansı qərarların lazım olduğunu bilir. Ordunun fəaliyyətində texnologiyanın mövcudluğu böyük əhəmiyyət kəsb edir. Generalitet yenilənməlidir. Bütün səviyyələrdəki qərargahlar cəbhəni "sıfır"dakı əsgərlər kimi tanımalı və hiss etməlidir".

O vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin döyüş komandirləri xüsusi təcrübələrini bütün ordu səviyyəsində - onun rəhbərliyində reallaşdırmaq imkanına malik olmalıdırlar:

"Hazırda orduda bir milyona yaxın insan var, lakin onların əksəriyyəti cəbhəni hiss etməyib, faktiki olaraq cəbhə xəttində azlıq döyüşür. Bu o deməkdir ki, fərqli yanaşma lazımdır, xüsusən də rotasiyada. Cəbhənin idarə olunmasında, səfərbərlik və işə götürməyə fərqli yanaşma lazımdır".

Milli.Az


Etiketlər:  Zelenski Zalujnını niyə dəyişdiyini açıqladı Detallar


RƏYLƏR