Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ötən ay ən isti yanvar kimi tarixə düşdü

Ötən ay ən isti yanvar kimi tarixə düşdü

Tarix: 9 Fevral 2024 12:28

Keçən ay tarixin ən isti yanvarı qeydə alınıb. Havanın orta temperaturu 1991-2020-ci illərlə müqayisədə 0,7 dərəcə, sənayedən əvvəlki dövrlə (XIX əsrədək) müqayisədə isə 1,66 dərəcə yüksək olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "Copernicus"un (Avropa İttifaqının iqlim monitoru) hesabatından bəlli olub.

Bildirilib ki, dəniz səthinin temperaturu 2023-cü ilin avqustunda qeydə alınan ən isti okean ayı ilə müqayisədə bir qədər sərin olsa da, fevralın ilk bir neçə günündə dəniz temperaturu yüksəlməyə davam edib və 2023-cü ilin avqustunda müəyyən edilmiş gündəlik rekordları üstələyib.

Milli.Az


Etiketlər:  Ötən isti yanvar kimi tarixə düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ