Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Fevral 2024 23:50
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Sergey Şaptala vəzifəsindən azad olunub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində məlumat verib.
"Bu gün Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinin komandanlığı və müdafiə naziri Rüstəm Umerovla müşavirə keçirdim. Müşavirələrin nəticələrinə əsasən: birincisi, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişdim. Baş komandan Aleksandr Sırskinin təklifi ilə general-mayor Anatoli Barxileviçi yeni Baş Qərargah rəisi təyin etdim. Təcrübəli insandır - bu müharibənin vəzifələrini və Ukraynanın məqsədlərini anlayır", - Zelenski qeyd edib.