Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Barselona" və "Çelsi" arasında nəhəng transfer mübadiləsi!

Tarix: 10 Fevral 2024 14:42

Yay transfer pəncərəsinə qədər "Barselona" və "Çelsi" klubları arasında transfer mübadiləsi baş tuta bilər. 

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, son günlərdə Frenki De Yonqun Kataloniya təmsilçisindən ayrılmaq istəməsi gündəmdədir. Klub futbolçuya 3 illik müqavilə təklif etsə də, niderlandlı hələ də cavab verməyib. De Yonq ilə maraqlanan klublar arasında "Çelsi" də var. "Zadəganlar" Frenki üçün 100 milyon avro ödəməyə hazırdır.
 
"Çelsi"dən ayrılmaq istəyən oyunçu isə Enzo Fernandezdir. Argentinalının klubla müqaviləsi 2032-ci ilə qədər olsa da, komandanı tərk etməyi arzulayır. Oyunçu karyerasını "Barselona"da davam etdirmək istəyir.  

Milli.Az


Etiketlər:  Barselona Çelsi arasında nəhəng transfer mübadiləsi


RƏYLƏR