Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 14:08
"Bavariya"nın futbolçusu Robert Münhen təmsilçisində oktyabr ayının ən yaxşı oyunçusu seçilib.
Qol.az xəbər verir ki, o, klubun rəsmi saytında azarkeşlər arasında aparılan sorğunun yekun nəticəsinə əsasən, 75.6 faiz səslə 1-ci olub. Polşalı hücumçu səsvermədə Serj Qnabri (10 faiz) və Manuel Noyeri ( 6 faiz) qabaqlayıb.
Bununla da, Levandovski ardıcıl üçüncü dəfə klubun ən yaxşı oyunçusu seçilib. Bu isə rekord göstəricidir. 31 yaşlı futbolçudan əvvəl heç kim bu uğura nail olmamışdı.
Qeyd edək ki, Levandovski oktyabrda 6 matçda 7 qol vurub.