Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2024 20:18
Hançjou İdman Komitəsi Argentina ilə Nigeriya arasında Çində keçiriləcək yoldaşlıq oyununun ləğv edildiyini açıqlayıb.
Sonxeber.net lent.az-a istinadən xarici mediaya istinadla bildirir ki, məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu tədbirin ləğvi barədə qərar qəbul edilib.
Təşkilatçılar "məlum səbəblər" dedikdə, Honq-Konqda "İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi ilə münaqişə vəziyyətini nəzərdə tutublar. Orada 36 yaşlı hücumçu zədə səbəbindən matçda iştirak etməsə də, bir neçə gün sonra Yaponiyada oynaması azarkeşlərin qəzəbinə səbəb olub.
Argentina - Nigeriya matçı martın ikinci yarısında keçirilməli idi. Həmçinin Çin turu zamanı cənubi amerikalılar Fil Dişi Sahili komandası ilə görüşməyi planlaşdırırdılar. Hələlik bu oyun haqqında məlumat yoxdur.
Fevralın 4-də Honq-Konqun ulduz komandası yoldaşlıq görüşündə Mayami "İnter"inə 1:4 hesabı ilə uduzub. Amerika komandasının əsas ulduzu Lionel Messi ehtiyat oyunçular skamyasında qalıb və bu səbəbdən tamaşaçılar birbaşa oyun zamanı tribunadan öz tələblərini səsləndirərək biletlərin pulunun qaytarılmasını tələb ediblər. "İnter Mayami"nin sahibi Devid Bekhem də oyundan sonra fitə basılıb.