Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ləzzətli toyuq şorbasını bir də belə HAZIRLAYIN

Ləzzətli toyuq şorbasını bir də belə HAZIRLAYIN

Tarix: 10 Fevral 2024 22:18

Toyuq əriştə şorbası necə bişirilir: ən dadlı və ən sağlam

Toyuq supu, bildiyiniz kimi, soyuqdəymə və digər xəstəliklər üçün tövsiyə olunur.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, əsas məsələ toyuq supunu düzgün qaydada bişirməkdir. 

Hazırlamaq üçün sizə lazım olacaq:

bitki yağı - 2 yemək qaşığı. 
soğan - 1 ədəd;
kərəviz - 3 dəstə;
yerkökü - 2 ədəd;
sarımsaq - 6 diş;
dəfnə yarpağı - 2 ədəd;
sarıkök - 1/2 çay qaşığı;
toyuq;
təzə cəfəri.

Bişirilmə qaydası

1. Soğanı soyun, doğrayın və orta dərəcədə 3 dəqiqə qızardın.

2. Kərəvizi, yerkökünü doğrayın və soğanla birlikdə 5 dəqiqə qızardın.

3. Sonra doğranmış sarımsaq, 30 saniyədən sonra dəfnə yarpağı və sarıkök əlavə edin.

4. Toyuq ətini qaynadın və bulyonu əlavə edin.

5. Toyuq ətini parçalara ayırın, şorbaya əlavə edin.

6. 15 dəqiqə qaynadın.

7. Ocağı söndürün, duz və istiot əlavə edin.

Nuş olsun!

Milli.Az


Etiketlər:  Ləzzətli toyuq şorbasını bir belə HAZIRLAYIN


RƏYLƏR