Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qadın olmayan uşaqlarına görə 111 min müavinət aldı

Qadın olmayan uşaqlarına görə 111 min müavinət aldı

Tarix: 11 Fevral 2024 08:20

İtaliya sakini müavinət və analıq məzuniyyəti almaq üçün 12 dəfə saxta sənəd düzəldib və 5 uşağı olduğunu göstərib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, qadın ümumilikdə 5 il ərzində qanunsuz olaraq 111 min avro alıb. İtaliya Milli Sosial Təminat İnstitutu (INPS) ayırmaları yoxlamaq qərarına gəlib. Məlum olub ki, fırıldaqçının doğum etməli olduğu xəstəxanada bu uşaqların heç birinin qeydiyyatı yoxdur.

Məhkəmənin hökmü ilə dələduzluq edən şəxs 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cinayət ortağı 7 aylıq həbsxanaya göndərilib.

Milli.Az


Etiketlər:  Qadın olmayan uşaqlarına görə 111 min müavinət aldı


RƏYLƏR