Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pyotr Qlıboçko İlham Əliyevə təbrik məktubu göndərib

Pyotr Qlıboçko İlham Əliyevə təbrik məktubu göndərib

Tarix: 12 Fevral 2024 14:54

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Pyotr Qlıboçko Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az president.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Səsvermənin nəticələri Sizin siyasi xadim kimi yüksək nüfuzunuzu və ölkənin liderinə ümumxalq dəstəyini təsdiq edir. Siz Azərbaycan xalqına sədaqətini əməldə sübut etmiş parlaq, qeyri-adi şəxsiyyət, çox gözəl idarəçisiniz. Ölkə Sizin rəhbərliyinizlə iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanıb və gələcəyə inamla baxır. Rusiya Səhiyyə Nazirliyinin Seçenov adına Universitetinin Bakı filialı Sizin dəstəyiniz və fəal iştirakınız sayəsində açılıb, bu gün ölkənizdə elm və təhsilin inkişafına, Rusiya və Azərbaycanın qardaş xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfə verir.

Sizə ali dövləti vəzifənizdə uğurlar, möhkəm cansağlığı və əmin-amanlıq arzulayıram".

Milli.Az


Etiketlər:  Pyotr Qlıboçko İlham Əliyevə təbrik məktubu göndərib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ