Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Antalyada daşqın: Maşınlar suda qaldı - FOTO

Antalyada daşqın: Maşınlar suda qaldı - FOTO

Tarix: 13 Fevral 2024 12:08

Türkiyənin Antalya şəhərində gecə saatlarında güclənən leysan bir çox bölgədə daşqınlara səbəb olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, küçələri su basıb, maşınlar su altında qalıb.

Antalya valiliyindən verilən açıqlama bu səbəbdən məktəblərdə birgünlük tətil elan edildiyi bildirilib. Eyni zamanda qeyd olunub ki, hava şəraiti ilə əlaqədar beş mərkəzi rayonda dövlət müəssisələrində çalışan əlil, hamilə və xroniki xəstəliyi olan insanlara birgünlük inzibati məzuniyyət veriləcək.

Güclü yağış və daşqınların yaratdığı problemlər səbəbindən, həmçinin motokuryerlərin də hərəkətinə qadağa qoyulub. 

Milli.Az


Etiketlər:  Antalyada daşqın Maşınlar suda qaldı FOTO


RƏYLƏR