Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2024 20:48
Ötən ilin may ayından ev həbsində olan türkiyəli məşhur müğənni Gülşən sosial şəbəkə vasitəsilə uşaqkən bir neçə dəfə ölümlə üzləşməsindən danışıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, o bildirib ki, ailədə atası tərəfindən istənməyən uşaq olduğuna görə, uşaqlığı travmalar içində keçib.
"Atam mənim doğulmağımı istəmirmiş. Bəlkə də buna görə, dəfələrlə ölümlə üz-üzə gəlmişəm. Qızılca, su çiçəyi və diareya xəstəliklərini eyni vaxtda keçirib komaya düşmüşəm. 6 yaşımda zəhərlənmişəm, 8 yaşımda isə məni yük maşını vurub. Görünür qismətdə yaşamaq varmış. Maraqlıdır ki, 12 yaşımda yadplanetlilərin gəmisini görmüşəm, amma kimsə bu dediyimə inanmır",- deyə o bildirib.
Müğənni iki dəfə səhnədən düşüb ayağını qırdığını da açıqlayıb.
"Başım bəladan açılmır",- deyə o əlavə edib.
Qeyd edək ki, Gülşən 2023-cü ilin may ayında konsert zamanı dini məktəb qurtaran insanlar haqqında xoş olmayan ifadə işlətdiyinə görə, məhkəmə qarşısına çıxıb, 10 ay müddətinə ev həbsinə məhkum edilib.