Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Fevral 2024 13:24
Monteneqronun sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Milo Cukanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Növbədənkənar prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu seçkilərin nəticələri Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Respublikasının gələcəkdə daha da inkişafının təminatıdır.
İnanıram ki, ölkələrimiz arasında bizim illər əvvəl möhkəm təməllər üzərində əsasını qoyduğumuz qarşılıqlı faydalı əməkdaşlıq və dostluq münasibətləri daha da möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsuliyyətli vəzifənizdə uğurlar arzu edirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.