Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənistanın Roma Statutuna qoşulması münasibətlərə yaxşı təsir göstərmir''

''Ermənistanın Roma Statutuna qoşulması münasibətlərə yaxşı təsir göstərmir''

Tarix: 14 Fevral 2024 19:44

Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulması ikitərəfli münasibətlərə yaxşı şəkildə təsir göstərmir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu, İrəvanı Qərbin diktə etdiyi öhdəliklər, bir tərəfdən Beynəlxalq Cinayət Məhkəməsindən irəli gələn öhdəliklər, digər tərəfdən isə Avrasiya inteqrasiyası çərçivəsində Rusiya ilə dialoq kimi siyasi məsələlər arasında seçim etməyə məcbur edir.

"Ona görə də biz, erməni tərəfdaşlarımızdan müvafiq ikitərəfli təminat almağı planlaşdırırıq və buna ümid edirik, hansı ki, İrəvanda bu, hamıya yaxşı məlumdur", deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Etiketlər:  Ermənistanın Roma Statutuna qoşulması münasibətlərə yaxşı təsir göstərmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ