Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” tank kimi üstümüzdən keçdi” - “Braqa”nın kapitanı

“Qarabağ” tank kimi üstümüzdən keçdi” - “Braqa”nın kapitanı

Tarix: 16 Fevral 2024 10:22

"Braqa"nın kapitanı Abel Ruiz Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a 2:4 uduzduqları oyundan danışıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ispaniyalı hücumçu cavab oyununda daha yaxşı hazırlaşmağın vacibliyini vurğulayıb.

O, Sport TV-yə açıqlamasında "Qarabağ"ın tank kimi üstlərindən keçdiyini deyib: "Etiraf edək ki, bu gün bizim günümüz deyildi. Növbəti məşqdə reaksiya verib bunu tərsinə çevirməliyik. İstədiyimiz nəticə olmadı. Qarabağ üstümüzdən keçdi. Əvvəlcə diqqətimizi çox vacib oyun olan çempionata yönəldəcəyik, sonra isə "Qarabağ"la səfər oyunu haqda düşünəcəyik".

Milli.Az


Etiketlər:  Qarabağ tank kimi üstümüzdən keçdi Braqanın kapitanı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ