Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2019 21:30
Bakı. Trend:
Son iki gündə Almaniyadan 12 Azərbaycan vətəndaşı deportasiya edilib.
Trend-in məlumatına görə, daha öncə sosial şəbəkələrə belə informasiya qeud olunmuşdu. Məlumata görə, deport olunanlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən müsavatçı Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları - 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır. Bundan əlavə Bavariya, Gunzenhausen şəhərindən Müsavat AKM üzvü Taryel Rüstəmovda deportasiya edilib.
Azərbaycan vətəndaşları Bayroyt və Düsseldorf hava limanlarından transfer uçuşu vasitəsilə Azərbaycana deportasiya ediliblər.
Onlar sığınacaq istəklərinin geri çevrilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan xilas ola bilməyiblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin