Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2024 18:16
Türkiyə 2024-cü ilin yanvar ayında Türkmənistana elektrik avadanlıqları ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 30,1 faiz artıraraq 10,1 milyon dollara çatdırıb.
Sonxeber.net bildirir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 16,3 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3,2 faiz artaraq, 1,2 milyon dollara bərabər olub.
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 16,2 milyard dollara bərabər olub.