Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Əcəb edib evlənmirəm" - Aparıcılara əsəbiləşdi

Tarix: 16 Fevral 2024 18:50

"Musiqiçi istədiyini sənə verəndə, sən də rahat oxuyursan. Çox vaxt deyirəm ki, şikəstəm. Çünki bir "zu" ilə oxuya bilmirəm. Yaxşı olanda yaxşı oxuyuram. Hərdən toya gedirəm, kefim yerində. Gəlirəm ki, musiqiçilərin ifası yerində deyil, həmin an səs batır, oxuya bilmirsən".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov "Bu axşam" proqramında deyib. Sənətçi verilişlərdə aparıcıların verdiyi suallardan əsəbiləşib:

"Televiziyada televiziya sahəsini bilən insan olanda hər şey yaxşı alınır. Peşəkarlarla işləmək, onların hazırladığı verilişə gəlmək adama ləzzət edir. Çünki hər şey düzülüb-qoşulur. Buna görə Lamiyə Ələkbərovaya təşəkkürlər. Gedirəm sual verirlər "niyə evlənmirsən". Əcəb edirəm, özüm bilərəm. Mahnı oxumaq istəyirəm, sən mənim şəxsi həyatıma niyə müdaxilə edirsən?".

Milli.Az


Etiketlər:  Əcəb edib evlənmirəm Aparıcılara əsəbiləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ