Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan cüdoçusu: “Bürünc medal qazanmaq mənə təsəlli oldu”

Azərbaycan cüdoçusu: “Bürünc medal qazanmaq mənə təsəlli oldu”

Tarix: 16 Fevral 2024 21:32

"Burada bizə dəstək böyük idi. Çünki doğma arenada güləşirik. Buna görə də özümüzə inanaraq tatamiyə çıxırıq".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Bakıda keçirilən "Böyük dəbilqə" turnirində bürünc medal qazanmış Balabəy Ağayev deyib.

Altmış kiloqram çəki dərəcəsində çıxış edən idmançı qızıl medal qazana bilməməyinin səbəbini açıqlayıb: "Səhvə yol verdiyim üçün qızıl medal uğrunda yarışa bilmədim. Amma çoxdandır mükafat qazana bilmirdim. Ona görə də üçüncü yeri tutmaq mənə təsəlli oldu".
İdmançı apreldə Macarıstanın Budapeşt şəhərində təşkil olunacaq kişi cüdoçular arasında Avropa çempionatında iştirak etmək istədiyini deyib: "Heyət hələ tam dəqiqləşməyib. Bu idmandır, hər şey ola bilər. Amma məndən başqa, mənimlə eyni çəkidə mübarizə aparan Turan Bayramovun iştirakı gözlənilir".

Qeyd edək ki, Balabəy Ağayev bürünc medal uğrunda görüşdə özbəkistanlı Kamoliddin Baxtiyarova qalib gəlib.

Milli.Az


Etiketlər:  Azərbaycan cüdoçusu Bürünc medal qazanmaq mənə təsəlli oldu


RƏYLƏR