Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Həndbol üzrə Azərbaycan çempionatı: Lider ən yaxın izləyicisi ilə qarşılaşacaq

Həndbol üzrə Azərbaycan çempionatı: Lider ən yaxın izləyicisi ilə qarşılaşacaq

Tarix: 16 Fevral 2024 23:08

Həndbol üzrə Azərbaycan çempionatlarında XI turun təqvimi müəyyənləşib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, qadınların liqasında hər iki oyun fevralın 17-də keçiriləcək.

Lider "Qarabağ" çempionatın ortababı sayılan "İdman Akademiyası"nı sınağa çəkəcək. 15 xalla 2-3-cü yerləri bölüşdürən "Azəryol"la "Kür" münasibətlərinə aydınlıq gətirəcəklər.

Kişilərin liqasında isə mərkəzi oyunda lider "Kür" ən yaxın izləyicisi olan "Azəryol"u qəbul edəcək.

XI tur

Qadınlar
17 fevral
10:00. "Qarabağ" - "İdman Akademiyası"
14:00. "Azəryol" - "Kür"
Xal durumu: "Qarabağ" - 18 xal, "Kür", "Azəryol" - 15, "İdman Akademiyası" - 8, "Bakı" - 4, "Gənclər Birliyi" - 0.

Kişilər
17 fevral
12:00. "Bakı" - "Qarabağ"
18 fevral
14:00. "Kür" - "Azəryol"
19 fevral
19:00. "Təhsil" - "Dinamo"
Xal durumu: "Kür" - 17 xal, "Azəryol", "Bakı" - 12, "Qarabağ" - 11, "Dinamo", "İdman Akademiyası" - 3, "Təhsil" - 2.

Milli.Az


Etiketlər:  Həndbol üzrə Azərbaycan çempionatı Lider ən yaxın izləyicisi ilə qarşılaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ