Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski Makronla da saziş imzaladı

Zelenski Makronla da saziş imzaladı

Tarix: 17 Fevral 2024 09:30

Ukrayna Prezidenti Volodimir Zelenski Fransaya səfər edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Zelenski burada fransalı həmkarı Emmanuel Makronla 10 il müddətinə təhlükəsizlik sahəsində zəmanətlər və əməkdaşlıq haqqında saziş imzalayıb.

Mərasimi Yelisey sarayının mətbuat xidməti yayımlayıb.

"Biz 10 il müddətinə müqavilə imzaladıq və bu, Ukrayna NATO-ya üzv olana qədər qüvvədə olacaq", - Makron bildirib.

Bunun fonunda o, Ukraynanın Avropa İttifaqına qoşulacağına əminliyini ifadə edib.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfəri zamanı Almaniya kansleri Olaf Şoltsla təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb.

Milli.Az


Etiketlər:  Zelenski Makronla da saziş imzaladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ