Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lunyovla Şahruddinin müqayisəsi: “Biri canlara dəyən oğlandır, digərinin...” - VİDEO

Lunyovla Şahruddinin müqayisəsi: “Biri canlara dəyən oğlandır, digərinin...” -  VİDEO

Tarix: 17 Fevral 2024 14:20

"Andrey Lunyov hər zaman özünün soyuqqanlılığı ilə seçilir. Onda mövqe seçimi möhtəşəmdir".

Bunu "İdman.Biz"də verilişinin qonağı olan "Qarabağ" və Azərbaycan millisinin sabiq futbolçusu Aslan Kərimov deyib.

O bildirib ki, Avropa Liqasının pley-offunda "Qarabağ"ın "Braqa"nı səfərdə 4:2 hesabı ilə məğlub etdiyi matçda rusiyalı qapıçı Andrey Lunyov gözləniləndən zəif çıxış edib: "O, top səviyyəli qapıçıdır. Lunyov psixologiyasını və oyuna hazırlığını bilmədən heç nə demək olmur. Amma fakt ondan ibarətdir ki, Portuqaliyada özünə bənzəmirdi. Qolda da müəyyən səhvi var idi. Andrey yaxşı oynamasa da, səviyyəsini göstərdi".

Kərimov "Qarabağ"ın sabiq qapıçısı Şahruddin Məhəmmədəliyevlə Lunyovu da müqayisə edib. Onun sözlərinə görə, Azərbaycan millisinin qolkiperi həmkarından bir neçə cəhətdə geridə qalır: "Məhəmmədəliyev yaxşı, canlara dəyən oğlandır. Amma futbolçu kimi onu dəyərləndirsək, aşağı yaş qruplarında məktəbinin zəif olduğu açıq-aşkar görünür. Şahruddin yalnız təcrübəsi və ürəyinin hesabına oynayır. Onun oyununa baxanda struktursuzluq görünür. Amma Lunyovda qapıçı məktəbi var. Onun duruşu, hərəkətləri daha strukturlu şəkildədir. Düşünürəm ki, bu oyunda zəif çıxış psixoloji faktor idi".

Qeyd edək ki, Məmhəmmədəliyev "Adana Dəmirspor"un şərəfini qoruyur.


Etiketlər:  Lunyovla Şahruddinin müqayisəsi Biri canlara dəyən oğlandır digərinin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ