Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ”ın rəqibi Bakıya qələbə ilə gəlir - VİDEO

“Qarabağ”ın rəqibi Bakıya qələbə ilə gəlir - VİDEO

Tarix: 19 Fevral 2024 10:22

"Qarabağ"ın Avropa Liqasının pley-offundakı rəqibi "Braqa" növbəti oyununu keçirib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Artur Jorjenin yetirmələri Portuqaliya çempionatının XXII turunda meydana çıxıblar.

Braqanın eyniadlı təmsilçisi evdə "Farense" ilə görüşüb. Meydan sahibləri bu qarşılaşmada 2:1 hesabı ilə qalib gəliblər.

Bu matçın ilk yarısında Joao Moutinyo penaltidən yararlana bilməyib. Fasilədən sonra Simon Banza hesabı açsa da, "Farense" bərabərlik qoluna imza atıb. "Braqa" sona 5 dəqiqə qalmış Şer Ndurun qolu ilə üç xal qazanıb - 2:1.

Qeyd edək ki, 22 oyunda 43 xal toplayan "Braqa" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Portuqallar növbəti oyununu Bakıda "Qarabağ"a qarşı keçirəcəklər. Matç fevralın 22-də olacaq.

Milli.Az


Etiketlər:  Qarabağın rəqibi Bakıya qələbə ilə gəlir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ