Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa çempionatı: Millimiz Rumıniyada ikinci oldu

Avropa çempionatı: Millimiz Rumıniyada ikinci oldu

Tarix: 19 Fevral 2024 12:14

Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında ikinci yeri tutub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yığmamız bir həftə davam edən turnirdəki medal sıralamasında yalnız Türkiyədən geri qalıb.

Düzdür, neytral atletlərdən ibarət komanda da qazanılan mükafatların sayında və əyarında millimizi qabaqlayıb. Lakin bu yığma komanda hesabında nəzərə alınmır.

Azərbaycan yığması çempionatı ümumilikdə 16 medalla başa vurub. Güləşçilərimiz 5 qızıl, 3 gümüş və 8 bürüncə sahib çıxıblar.

Yunan-Roma güləşi üzrə milli 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Millinin heyətində Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq) və Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) isə üçüncü yeri tutub.

Qadınlardan ibarət yığmanın hesabında 2 qızıl və 1 bürünc var. Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) birinci, Elis Manolova (65 kq) isə üçüncü pillədə qərarlaşıb.

Sərbəst güləşçilərimiz 7 dəfə fəxri kürsüdə yer alıb. Onlar 1 gümüş və 6 bürüncə sevinib. Maqomedxan Maqomedov (97 kq) ikinci, Nürəddin Novruzov (61 kq), İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseniy Djioyev (86 kq) və Georgi Meşvildişvili (120 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, Buxarestdə ümumilikdə 20 ölkənin idmançıları medal qazanıblar. 12 millinin üzvləri çempionluq sevinci yaşayıblar.
 

yer

Ölkələr

Q

G

B

C

1

Türkiyə

7

6

4

17

-

Neytral atletlər

5

5

11

21

2

Azərbaycan

5

3

8

16

3

Ermənistan

4

0

2

6

4

Ukrayna

1

4

5

10

5

Gürcüstan

1

2

5

8

6

Rumıniya

1

2

2

5

7

Moldova

1

2

1

4

8-9

Albaniya

1

1

0

2

 

Slovakiya

1

1

0

2

10

Yunanıstan

1

0

1

2

11-12

Norveç

1

0

0

1

 

Serbiya

1

0

0

1

13

Bolqarıstan

0

1

8

9

14

Almaniya

0

1

2

3

 

San Marino

0

1

0

1

 

İsveç

0

1

0

1

17

Polşa

0

0

4

4

18-19

Macarıstan

0

0

3

3

 

İtaliya

0

0

3

3

20

Çexiya

0

0

1

1

Milli.Az


Etiketlər:  Avropa çempionatı Millimiz Rumıniyada ikinci oldu


RƏYLƏR