Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vəfat etmiş bəstəkardan mahnı istəyən müğənni kimdir? - ''Üzürlü sayın, mən ölmüşəm''

Vəfat etmiş bəstəkardan mahnı istəyən müğənni kimdir? -  ''Üzürlü sayın, mən ölmüşəm''

Tarix: 19 Fevral 2024 20:55

İllər öncə dünyasını dəyişən bəstəkardan mahnı yazmaq xahiş olunub.

Sonxeber.net qaynarinfo-ya istinadən xəbər verir ki, bu günlərdə müğənnilərdən biri sosial səhifə üzərindən mərhum bəstəkar Tahir Əkbərə müraciət edib. Sənətçi bəstəkardan ona mahnı yazmasını istəyib.
Bəstəkarın profilindən isə müğənniyə "üzürlü sayın, mən ölmüşəm" cavabının qarşılığında müğənni "çox sağ olun" deyə bildirib. 
Məsələ ilə bağlı mərhum bəstəkarın ailəsi ilə əlaqə saxladıq. Tahir Əkvərin həyat yoldaşı Aybəniz Əkbər həmin müğənninin adını açıqlamaq istəmədiyini bildirib:

"Adam dərk edə bilmir. Yazıram ki, ölmüşəm. Cavab verir ki, çox sağ olun, nə deyim vallah. Gör nə gündəyik? Hələ belələrini də efirə çıxardırlar. İnanın ki, səhərə kimi gülmüşük. Məsələ burasındadır ki, həmin müğənnini sonra kanalların birində gördük. Mahnı oxuyurdu". 

Qeyd edək ki, bəstəkar Tahir Əkbər 2018-ci ildə dünyasını dəyişib. 


Etiketlər:  Vəfat etmiş bəstəkardan mahnı istəyən müğənni kimdir Üzürlü sayın mən ölmüşəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ